Nüvədi kəndi-1991-ci ildəki vəziyyət.1938-də Nuvədidə doğulub.Bakıda yaşayan rəssam Fəxrəddin Əli Vəli tərəfindən çəkilmişdir.(1999).Kənd 1991 ci ilin 8 avqustunda erməni quldurları tərəfindən yenidən(1905-1918) işğal olunmuşdur.Xəritədə kənd sələnc çayı axarı boyunca məhəllələr üzrə göstərilir. Çayın axarının sağ sahilində

1.Bəy məhəllə.
2.Daş məhəllə.
3.Piri dərəsi.
4.Daş məhlə.
5.Qaraçı yurdu.
6.Quzey məhlə:sol sahildə.
7.Məncə bağları.
8.Yuxarı diyabara.
9.Kəlbeli məhləsi.
10.Aşağı diyabara.
11.Yeni məhlə (kəndin mikrorayonları).
12.O taylı bu taylı Zaman qəbristanlığı.

Bu kəndin əhalisi bir neçə tayfadan ibarətdir.Yusiflilər ,Cəfərlilər, Cəbrayıllılar, Əcililər, Əbdililər, Sufililər və s. tayfalar Kazımlıdan, Ləhvazdan, Qarçinikdən, Irandan gələnlərdir.

Nüvədi kəndi 1928-ci ilə qədər Azərbaycanın tərkibində olub,1929-cu ildən yerli əhalinin çoxluğuna görə rayonda Mehri və Karcəvandan sonra 1-ci yeri tutur.

Nüvədi kəndinin təbiəti adətən quraqlıq keçir.Nüvədi tarixində 1951,1961,1971–ci illlərdə ən böyük quraqlıq olmuşdur.Tam quru səhraya malik olan Buğda düzü kəfşəni Nüvədi zəhmətkeşlərinin ağır əməyi ilə 1951-ci ildən yararlı hala salınıb.

Ayrı-ayrı illərdəki Nüvədi əhalisinin sayı isə belədir:

  • 1831-ci ildə    - 219 nəfər
  • 1873-cü ildə   - 705 nəfər
  • 1877-ci ildə  - 1083 nəfər
  • 1908-ci ildə  -  771 nəfər
  • 1914-cü ildə - 1072 nəfər
  • 1922-ci ildə   - 662 nəfər
  • 1931-ci ildə -   596 nəfər
  • 1959-cu ildə -  763 nəfər
  • 1967-ci ildə - 1263 nəfər
  • 1974-cü ildə - 1300 nəfər

Əhalinin belə artıb-azalması müəyyən kütləvi xəstəliklərin olmasından irəli gəlir. Kənd 1918-ci ildə erməni basqını nəticəsində dağılır.1922-ci ildə camaat doğma kəndinə qayıdır.Sovet hakimiyyəti qurulduqdan sonra XI Qızıl Ordunun bir hissəsi Smirnovun basçilığı ilə kəndə daxil olur. Bu zaman kənd sovetləşir.

Kənddə tamaşalar yalnız xalq oyunlarından və İmam Hüseynin müsibətinə aid şəbehlərdən ibarət olardı. Kənddə ilk teart “Ağa yatır” bir pərdəli vodevil 1931-ci ildə tamaşaya qoyulmuşdur.İlk kitabxana 1930-cu ildə təşkil edilir. Kəndin ilk divar qəzeti “Kolxoz yolu” 1934-cü ildə çixir. Əsas tələfon xətti isə kəndə 1950-ci ildə çəkilir. 1947-ci ildə elektrik xətti çəkilib, istifadəyə verilib. 1940-ci ilin yazında Nuvədiyə dəmir yolu çəkilir.

İlk sovet məktəbi 1924-cü ildə açılmış, məktəbin ilk müəllimi Ələkbər İsgəndərov olmuşdur. 1941-45-ci illərdə kənddən 132 nəfər Böyük Vətən Muharibəsinə getmiş və onlardan 64 nəfəri geri qayıtmamışdır. İndi Nüvədinin 40-dan çox alimi var. SSRİ-nin son illərində Nüvədi kəndi Zaqafqaziyada ali təhsillilərin sayına görə ikinci, alimlərin sayına görə birinci yeri tutmuşdu.

Nüvədi kəndi erməni təcavüzünə məruz qalaraq Ermənistanda yaşayan bütün azərbaycanlilar kimi 1989-cu ildən kənddən tədricən çıxmağa başladılar. Əhalinin Nüvədidən tam çıxması 1991-ci il, avqustun 8-də oldu. 1988-1991-ci illər arasında ermənilər dəfələrlə kəndə silahlı hücum etmiş və hər dəfə də kəndin özünümüdafiə qüvvələri tərəfindən geri oturdulmuşdular.